Maşın iki piyadanı vurdu, biri öldü

  25 Mart 2019    Oxunub : 1120
Maşın iki piyadanı vurdu, biri öldü
Martın 23-də saat 23 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini R.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Roman Cəfərovu və Vahid Rəhimovu vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hər iki piyada xəstəxanaya yerləşdirilən, R.Cəfərov orada ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza