Külli miqdarda narkotik dövriyyədən çıxarılıb - FOTO

  26 Mart 2019    Oxunub : 1366
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb - FOTO
Şəki Şəhər Rayon Rayon Polis Şöbəsinin əməkdaşları martın 24-də əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamaləddin Bədəlov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 0,110 qram çəkidə narkotik vasitə olan heroin və şəhər ərazisindəki yaşadığı evin zirzəmisindən sellofan torbada 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.



ŞRPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Anar Ələkbərov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 274 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik