"Sahibkar öz malını sığortalamalıdır" - Kəmaləddin Heydərov

  26 Mart 2019    Oxunub : 3051
 "Sahibkar öz malını sığortalamalıdır" - Kəmaləddin Heydərov
"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürməkdir".

Azvision.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi özəl obyekt olduğu üçün hər bir sahibkar öz malını sığortalamalıdır. Nazir hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

K.Heydərov vurğulayıb ki, ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir:

"Binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub. Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tiklilərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alovlar məhdudlaşır".

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Azvision.az

Teqlər: FHN   Yanğın