“Mercedes” yol ayrıcına çırpıldı, sərnişin öldü

  26 Mart 2019    Oxunub : 1176
“Mercedes” yol ayrıcına çırpıldı, sərnişin öldü
Martın 25-də saat 5 radələrində Yasamal rayonunun Moskva prospektində Quba rayon sakini V.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcısına vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Hacıqabul rayon sakini Xəyyam Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza