Ötən günün cinayət statistikası açıqlandı

   Ötən günün cinayət statistikası açıqlandı
  27 Mart 2019    Oxunub:1625
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.
Azvision.az Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata istinadən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   cinayət  





Xəbər lenti