Silsilə oğurluq edən qadın tutuldu

Silsilə oğurluq edən qadın tutuldu
  27 Mart 2019    Oxunub:1885
BBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da paytaxt sakini olan bir qadının içərisində 100 manat və parfyumeriya olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Bayramova saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlmata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 19-dan martın 15-dək olan müddətdə Binəqədi rayonu ərazisində 1 dərzi sexindən 470 manat, 2 mağazadan ümumilikdə 730 manat və 100 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti