Ağdamda maşınla vurulan piyada ölüb

  27 Mart 2019    Oxunub : 661
Ağdamda maşınla vurulan piyada ölüb
Martın 26-da saat 12 radələrində Ağdam rayonunun Qaradağlı kəndi ərazisində kənd sakini G.Əliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmkəndlisi İbrahim Abbasovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlmata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza