Sumqayıtda 10 nəfər yanğından xilas edilib

Sumqayıtda 10 nəfər yanğından xilas edilib
  28 Mart 2019    Oxunub:1870
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti