Bakı sakininin 4500 manatını əlindən aldılar

Bakı sakininin 4500 manatını əlindən aldılar
  28 Mart 2019    Oxunub:1873
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilib.

9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti