Əvvəl qohumunu, sonra qonşusunu bıçaqladı

Əvvəl qohumunu, sonra qonşusunu bıçaqladı
  28 Mart 2019    Oxunub:2108
Martın 27-də günorta saatlarında Gəncə şəhər sakini Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək, Amil Hüseynovun qonşuları Elvira Hüseynovanı və Eldar Əliyevi bıçaqla vurub qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, ilkin araşdırma zamanı 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynovun ailə münaqişəsi zamanı qohumu, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Elvira Hüseynovaya bıçaq zərbələri ilə döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarəti yetirdiyi məlum olub.

Sonra Amil Hüseynov köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi də bıçaqla vuraraq, döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Hüseynov şəhər ərazisində gizləndiyi yarımtikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   bıçaqlanma  





Xəbər lenti