Gədəbəydə silah-sursat tapılıb

Gədəbəydə silah-sursat tapılıb
  28 Mart 2019    Oxunub:2695
Martın 27-də daxil olmuş məlumat əsasında Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Turşsu adlanan meşəlik ərazisindən bir ədəd istifadəyə yararsız "AKS-74" markalı silah, 64 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti