Cibgirlik edən qadın saxlanılıb

Cibgirlik edən qadın saxlanılıb
  28 Mart 2019    Oxunub:2642
Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Məmmədovanın çantasından 230 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Z.Bayramova saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti