Yevlaxda intihara cəhdin qarşısı alınıb

Yevlaxda intihara cəhdin qarşısı alınıb
  29 Mart 2019    Oxunub:1495
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti