Gömrükdə maşından 11 baş buzov çıxdı

Gömrükdə maşından 11 baş buzov çıxdı
  29 Mart 2019    Oxunub:2727
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq olan hissədən və yük yerindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən 11 baş buzov aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti