Sərxoş kişi tüfənglə qonşusunu hədələdi

Sərxoş kişi tüfənglə qonşusunu hədələdi
  29 Mart 2019    Oxunub:1663
Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Çardaxlar kənd sakini Ş.Mamayev martın 28-də kənd ərazisində qonşusu F.Qurbanovun onu ov tüfəngi ilə hədələməsini bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının müraciətlə əlaqədar keçirdikləri tədbirlərlə F.Qurbanov saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib. Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Tüfəng  





Xəbər lenti