Torpağa basdırılan silah-sursat aşkarlanıb

Torpağa basdırılan silah-sursat aşkarlanıb
  29 Mart 2019    Oxunub:2804
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Möhüc kənd sakini H.İsbatovun yaşadığı evin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan torpağa basdırılmış 1 ədəd “Revolver” tipli tapança, 1 ədəd “İJ-16” markalı tüfəng, 9 ədəd patron və 1 ədəd xəncər aşkar olunaraq götürülüb.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti