Yağışlı hava şəraiti davam edir

  30 Mart 2019    Oxunub : 818
Yağışlı hava şəraiti davam edir
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Azvision.az

Teqlər: ETSN   Hava   Yağış