Keçmiş məhkumdan 11 kq narkotik götürülüb

Keçmiş məhkumdan 11 kq narkotik götürülüb
  30 Mart 2019    Oxunub:2041
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti