Qaçırdığı maşınla tutuldu

Qaçırdığı maşınla tutuldu
  30 Mart 2019    Oxunub:2059
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti