Sumqayıtda ər arvadını ölümcül döyüb

Sumqayıtda ər arvadını ölümcül döyüb
  31 Mart 2019    Oxunub:1876
Sumqayıtda 29 yaşlı qadın əri tərəfindən ölümcül döyülüb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsi Dəmir yolu keçidi adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini 1990-ci il təvəllüdlü Bağırova Çinarə Mətləb qızı ailə münaqişəsi zəmnində əri tərəfindən döyülüb.

Qadın xəstəxanaya aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti