Torpaq üstündə qardaşını güllələdi - Bakıda qətl

  31 Mart 2019    Oxunub : 2822
 Torpaq üstündə qardaşını güllələdi - Bakıda qətl
Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.
Azvision.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zağrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb. Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Azvision.az

Teqlər: