30 yaşlı polis zabiti faciəli şəkildə həlak olub - VİDEO

  01 Aprel 2019    Oxunub : 2958
 30 yaşlı polis zabiti faciəli şəkildə həlak olub - VİDEO
Yardımlıda polis zabiti qəzaya düşərək ölüb.
Hadisə ötən gün gecə saatlarında Yardımlı rayonunun ən ucqar dağ kəndlərindən biri olan Osnakəran kəndində baş verib.

Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 30 yaşlı Şahin Nəsirov xidməti avtomobilində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır. (Xəzər TV)



Azvision.az

Teqlər: Polis   Qəza