Piyadanı vurub qaçan sürücü tapılıb

Piyadanı vurub qaçan sürücü tapılıb
  02 Aprel 2019    Oxunub:1984
Göyçay rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da N.Qəribovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-21099” markalı avtomobilin sürücüsü, Kürdəmiş kənd sakini V.Həsənov saxlanılıb.


Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti