Tovuzda məktəb binasında yanğın olub

Tovuzda məktəb binasında yanğın olub
  02 Aprel 2019    Oxunub:2641
Tovuzda yanğın hadisəsi baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Bozalqanlı kəndində orta məktəbin yerləşdiyi üçmərtəbəli binanın 1-ci mərtəbəsində anbarın yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan məktəb ləvazimatları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Məktəb   Tovuz  





Xəbər lenti