Biləsuvarda avtomobildən silah tapılıb

Biləsuvarda avtomobildən silah tapılıb
  02 Aprel 2019    Oxunub:2589
Biləsuvar rayon sakininin avtomobilində silah aşkar edilib.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş "Abrez" tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Biləsuvar  





Xəbər lenti