Qanunsuz saxlanılan silahlar götürülüb

  03 Aprel 2019    Oxunub : 636
Qanunsuz saxlanılan silahlar götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocavənd rayon sakini S.Nəzərovun şəhər ərazisində yaşadığı evdən “TOZ-8” markalı tüfəng və 59 ədəd patron aşkar edilərək götürülüb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş M.Əzizovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəmərvan kənd sakini Ə.Əmirovdan müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini A.Qasımov “İJ” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Azvision.az

Teqlər: DİN   Silah