Qanunsuz silah saxlayan şəxs saxlanılıb

Qanunsuz silah saxlayan şəxs saxlanılıb
  03 Aprel 2019    Oxunub:2491
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xocavənd rayon sakini Sədi Nəzərovdan “Toz-8” markalı odlu silah və 59 ədəd patronları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti