Keçmiş məhkumdan silah götürülüb

  03 Aprel 2019    Oxunub : 819
Keçmiş məhkumdan silah götürülüb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-də avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən 16 kalibrli lüləsi və qundağı kəsilən "abrez" tipli nömrəsi silinən tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN