Köməksiz qalan 5 nəfər xilas edildi

Köməksiz qalan 5 nəfər xilas edildi
  04 Aprel 2019    Oxunub:1390
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində biri azyaşlı olmaqla 5 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti