Azyaşlılara siqaret satanlar cərimələndi

Azyaşlılara siqaret satanlar cərimələndi
  04 Aprel 2019    Oxunub:2307
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 3-də DİN-in Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. ​Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az


Teqlər: Azyaşlı   Siqaret  





Xəbər lenti