Gömrükdə gizlədilən dərmanlar aşkarlandı

  04 Aprel 2019    Oxunub : 731
Gömrükdə gizlədilən dərmanlar aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonundakı arxa aynanın qarşısında - sellofan torbaların içərisində və ön oturacağın ayaqaltlığının altında üzərində "Phistoclozanid 500" yazısı olan 300 ədəd həb, üzərində gürcü əlifbası ilə yazılar olan 50 qramlıq 20 flakon, 10 qramlıq 80 flakon və 20 qramlıq 20 flakon dərman preparatları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK