Saatlıda evdə partlayış olub, bir nəfər xəsarət alıb

   Saatlıda evdə partlayış olub,    bir nəfər xəsarət alıb
  04 Aprel 2019    Oxunub:1876
Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı otaqların birində qamışdan ibarət tavan 1 m² sahədə və yataq dəsti qismən yanıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti