Cəlilabadda ağır qəza, ölən var

  04 Aprel 2019    Oxunub : 1383
Cəlilabadda ağır qəza, ölən var
Aprelin 3-də saat 5 radələrində Cəlilabad şəhəri ərazisində şəhər sakini Nəbi Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza