Astarada oğurluq edən qadın tutulub

Astarada oğurluq edən qadın tutulub
  04 Aprel 2019    Oxunub:2455
Polis oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 31-də rayon ərazisində Bakı şəhər sakini F.Bayadovaya məxsus içərisində 500 manat pul, mobil telefon və bankomat kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini X.Səmədova saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti