Bakıda 14 yaşlı qız itkin düşüb

Bakıda 14 yaşlı qız itkin düşüb
  05 Aprel 2019    Oxunub:3036
Bakıda daha bir yeniyetmə itkin düşüb. Hadisə Nəsimi rayonu ərazisində baş verib.
2005-ci il təvəllüdlü Tağızadə Mələk Yadigar qızı aprelin 3-də yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 2, mənzil 3-dən çıxaraq geri qayıtmayıb.

Onunla birgə yaşayan 2000-ci il təvəllüdlü bacısı Tağıyeva Sevda Yadigar qızı bildirib ki, M.Tağızadə əvvəllər də bir neçə dəfə evdən gedib. Faktla bağlı araşdırmalara başlanılıb. (Trend)

Azvision.az



Teqlər: Qız   İtkin  





Xəbər lenti