" Son 5 ildə 72 milyon manat büdcəyə bərpa edilib" - Vüqar Gülməmmədov

  05 Aprel 2019    Oxunub : 1406
 " Son 5 ildə 72 milyon manat büdcəyə bərpa edilib" - Vüqar Gülməmmədov
Son 5 ildə 69,5 mln manat vəsaitin dövlət büdcəsinə, 2,6 mln. manat vəsaitin isə DSMF büdcəsinə bərpası təmin olunub.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov bildirib ki, qeyd olunan dövrdə Palata tərəfindən 2 milyon 236,2 min manat dövlət təşkilatlarının, 2 milyon 636,1 min manat DSMF-nin büdcəsinə bərpa edilib.

Palata sədri qeyd edib ki, son 5 ildə 72 milyon 138 min manat məbləğində vəsaitin bərpasını təmin edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Büdcə   Vəsait