Polis oğrunu iş başında tutdu

Polis oğrunu iş başında tutdu
  05 Aprel 2019    Oxunub:4551
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatı etibarlı şəkildə qorunur.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bunu sübut edən növbəti iki hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Novxanı qəsəbəsində yerləşən Xalıq İbrahimova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.



Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər mənzilin pəncərəsinin açıq olduğunu və bir nəfərin evin hasarından aşaraq qaçdığının şahidi olublar. Onu təqib edən polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Bərdə rayon sakini Qulu Əhmədov olduğu məlum olub.



Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən xüsusi vasitələrlə qorunan “Fresco” marketdən də oğurluq edilməsinin qarşısını alıblar. Həmin obyektdən gələn həyəcan siqnalı polislər tərəfindən yoxlanılan zaman oradan oğurluğa cəhd göstərən Bakı şəhər sakini Ağamövsüm Cavadov saxlanılıb. Bu şəxs də ərazi üzrə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti