Yük avtomobili qadını vurub öldürdü

Yük avtomobili qadını vurub öldürdü
  05 Aprel 2019    Oxunub:2157
Aprelin 4-də saat 10 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Siyəzən rayon sakini E.Məhərrəmov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Salyan rayon sakini İlahə Quliyevanı vurub.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti