Ali Hərbi Məktəbdə seminar keçirilib - FOTO

Ali Hərbi Məktəbdə seminar keçirilib -    FOTO
  06 Aprel 2019    Oxunub:2864
2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Sülhməramlı qüvvələrlə əlaqələri, Beynəlxalq Humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, döyüşlərdə Beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinlənillib, brifinqlər təqdim olunub.

Şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxışlar edən BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları kursantların suallarını cavablandırıblar.





Azvision.az


Teqlər: MN   Seminar  





Xəbər lenti