Salyanda avtomobil kanala aşıb: 2 ölü, 2 yaralı

  07 Aprel 2019    Oxunub : 1246
 Salyanda avtomobil kanala aşıb: 2 ölü, 2 yaralı
Neftçala rayonunun Qaçaqkənd sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Abışovun idarə etdiyi “Hyundai” markalı avtomobil kanala aşıb.
Azvision.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin Neftçala sakini, 1994-cü il təvəllüdlü Mərhəmət İsrafilov hadisə yerində, sürücü isə səhər saatlarına aldığı xəsarətlərdən Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb. Xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Salyan   Qəza