Gəncədə intihara cəhdin qarşısı alınıb

 Gəncədə intihara cəhdin qarşısı alınıb
  08 Aprel 2019    Oxunub:2408
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Gəncə   İntihar  





Xəbər lenti