Ağcabədidə evlərdən 20 minlik qızıl oğurlanıb

   Ağcabədidə evlərdən 20 minlik qızıl oğurlanıb
  08 Aprel 2019    Oxunub:2967
Bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyalarının və pulun oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktlarla əlaqədar polis əməkdaşları araşdırmalara başlayıblar. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakini Elnur Talıbov saxlanılıb.

Onun ümumilikdə 20900 manat dəyərində qızıl-zinət əşyaları və 600 ABŞ dolları oğurladığı müəyyən edilib. Oğurlanmış qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti