Bakı sakini qaçırdığı maşınla saxlanıldı

Bakı sakini qaçırdığı maşınla saxlanıldı
  08 Aprel 2019    Oxunub:2135
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də saat 9 radələrində Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov saat 11 radələrində polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti