“UAZ” dərəyə aşdı, sürücü öldü

  08 Aprel 2019    Oxunub : 594
“UAZ” dərəyə aşdı, sürücü öldü
Aprelin 6-da saat 12 radələrində Astara rayonunun Pəlikeş kəndi ərazisində rayon sakini Ədalət Şəkərov idarə etdiyi “UAZ-3303” markalı avtomobili dərəyə aşırıb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Ə.Şəkərov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza