Piyadanı öldürüb qaçan sürücü tutulub

Piyadanı öldürüb qaçan sürücü tutulub
  08 Aprel 2019    Oxunub:2157
Aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov müəyyən edilməmiş avtomobillə vurulub və hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti