Polis 2 nəfərdən 4 tüfəng götürüb

Polis 2 nəfərdən 4 tüfəng götürüb
  08 Aprel 2019    Oxunub:2369
Xocavənd Rayon Polis Şöbəsinin (Beyləqan RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında aprelin 7-də Yeni Xocavənd qəsəbə sakini A.Quliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan müvafiq sənədləri olmayan “TOZ-32”, “İJ-20” və “GOMO” markalı 3 ədəd pinevmatik tüfəng, 76 ədəd giliz, 42 ədəd patron və digər hərbi sursatlar aşkar edilərək götülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Qəbələ Müskürlü kənd sakini İ.Həsrətovdan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edərək, götürüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti