4 qadını qarət edən şəxs tutulub

4 qadını qarət edən şəxs tutulub
  08 Aprel 2019    Oxunub:2358
Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 3-dən aprelin 5-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, bankomat kartı və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Kələfiyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti