Tərkibində xəstəlik olan 235 kq ət aşkarlanıb - FOTOLAR
Heyvan cəmdəkləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun olaraq məhv edilib. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.
Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.
Azvision.az
Teqlər: AQTA