1 ton kələm oğurlayan dəstə tutuldu

  10 Aprel 2019    Oxunub : 671
1 ton kələm oğurlayan dəstə tutuldu
Türkan qəsəbəsində oğurluq edən şəxslər saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıblar.

Azvision.az

Teqlər: DİN