Oğurluq edən keçmiş məhkumlar ələ keçdi

Oğurluq edən keçmiş məhkumlar ələ keçdi
  10 Aprel 2019    Oxunub:2061
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini A.Mövsümovanın içərisində 70 manatı və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunan Ə.Quliyev saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 mağazadan 1000 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları, digər mağazadan tütün məmulatı və 1 oyun zalından 5 ədəd aparat və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunub K.Həsənov saxlanılıb, 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 535 manat pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunan İ.Quliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti